AZ

Vyetnamdan meyvə tərəvəz ixracı on ayda 7 milyard dolları ötüb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Vyetnamdan meyvə-tərəvəz ixracı bu ilin ilk on ayında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 7 milyard ABŞ dollarından çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Vyetnamın VNA agentliyi meyvə və tərəvəz assosiasiyasının hesabatına istinadla məlumat yayıb. Hesabatda təqdim olunan rəqəmlərə görə, Vyetnamın meyvə-tərəvəz ixracatının bu il ilk dəfə olaraq 8 milyard dolları ötməsi və yaxın illərdə 10 milyard dollara çatması ehtimalı yüksəkdir.

Assosiasiyanın baş katibi Dang Fuk Nquyen əsas məhsulların həcmində və dəyərində əhəmiyyətli artım sayəsində ikinci rübün sonundan üçüncü rübün əvvəlinədək ixracın sürətləndiyini bildirib. Onun sözlərinə görə, durian sənayesinin davamlı bərpası sayəsində meyvə-tərəvəz ixracı dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu il təkcə durian meyvəsinin ixracı 3 milyard ABŞ dollarını ötə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
azertag.az

2Mənbələr