Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İndiki məqamda dövlətə mane olan, gələcəyə gedən yolda problem yaradan amillərdən biri də AXCP, Müsavat partiyalarıdır. Hesab edirəm ki, bu partiyaların bağlanmasının vaxtı çatıb. Sözügedən partiyalar həm yeni dövrün şərtləri ilə ayaqlaşa bilmir, həm də dövlətin özü üçün ciddi təhlükə ehtiva edir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
T.Rzayev qeyd edib ki, AXCP və Müsavatın bağlanması qanuni və demokratik prosedurlar çərçivəsində həyata keçirilə bilər: “Azərbaycan Konstitusiyasına və Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununa görə, bu, mümkündür. Misal üçün, qeydiyyatdan keçmiş partiya uzun müddət fəaliyyət göstərməzsə və qanuni tələbləri pozarsa, Siyasi Partiyalar Qanununun 22-ci maddəsinə əsasən məhkəmə qərarı ilə bağlana bilər. Başqa cür desək, partiya 3-5 il ərzində heç bir fəaliyyət göstərməyibsə və maliyyə hesabatlarını təqdim etməyibsə, bağlanma hüquqi baxımdan mümkündür”.
Onun sözlərinə görə, AXCP və Müsavat artıq uzun illərdir ki, ölkədə keçirilən istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edir: “Maliyyə hesabatının təqdim edilməsindən söhbət belə getmir. Bu partiyaların bağlanmasını mühüm edən digər bir fakt da Ramiz Mehdiyev olayıdır. Bir sıra müxalifət partiyalarının və onların rəhbərlərinin R.Mehdiyevlə gizli əlaqələrinin olduğu haqda məlumatlar yayılıb. Sabiq PA rəhbərinin Rusiyaya ünvanladığı məktub ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi haqda da bəzi detallar bilindi. Sən demə, yeni “komandasında” siyasi-ideoloji düşmənləri sayılan AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də yer alıb. Bu isə hər iki tərəfin nə qədər prinsipsiz olduğunu üzə çıxardır. Demək, hakimiyyət maraqları sığındıqları dəyərləri ayaqlar altına atmağa qadirdir”.
Röya İsrafilova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.