AZ

Uçan maşınlar artıq fantastika deyil

Çinin elektrik avtomobilləri istehsal edən XPeng şirkəti uçan avtomobillərin sınaq istehsalına başlayıb.

Modern.az xəbər verir ki, bu barədə “Sinqhua” agentliyi məlumat yayıb.

Məlumata görə, şirkətin uçan avtomobillər istehsal edən bölməsi olan "XPeng Aeroht" dünyanın ilk ağıllı seriyalı istehsal zavodunda bu prosesə start verib.

Zavod Guandonq vilayətinin Quançjou şəhərində yerləşir və 120 min kvadratmetr ərazini əhatə edir.

İstehsal müəssisəsi artıq "Land Aircraft Carrier" adlı modul tipli uçan avtomobilin ilk nümunəsini təqdim edib. Bu avtomobilin əsas hissəsi ayrılan elektrikli uçuş aparatından ibarətdir və şaquli qalxma-enmə funksiyasına malikdir.

Mənbənin məlumatına əsasən, zavodun illik istehsal gücü 10 min ədəd modul olacaq. Hazırda başlanğıc mərhələdə 5 min ədəd istehsal nəzərdə tutulur. Tam gücə çatdıqdan sonra zavod hər 30 dəqiqəyə bir uçuş aparatı yığa biləcək.

Seçilən
11
1
modern.az

2Mənbələr