AZ

AK üç Avropa ölkəsini məhkəməyə verəcək

Avropa Komissiyası (AK) Ukraynaya qarşı ixrac məhdudiyyətlərinə görə üç Avropa ölkəsini məhkəməyə verəcək.

Qaziler.az xəbər verir ki,  bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “X” sosial mediasında yazıb.

"Diktatura! Avropa Komissiyası üç üzv dövləti kifayət qədər Ukrayna məhsulu idxal etmədiklərinə görə məhkəməyə verəcəyini açıqladı", - deyə o yazıb.

Siyasətçinin sözlərinə görə, Avropa Birliyi (AB) ilə Ukrayna arasında yeni azad ticarət müqaviləsi qitəni Ukrayna kənd təsərrüfatı məhsulları ilə dolduracaq.

QAZİLER.AZ

Seçilən
31
qaziler.az

1Mənbələr