Misir təhlükəsizlik qüvvələri Şeyx Mustafa əl-Ədəvini saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Misir mediası məlumat yayıb.
Misir təhlükəsizlik qüvvələri tanınmış din xadimi, şeyx Mustafa əl-Ədəvini saxlayıblar.
Ədəvi əvvəllər Böyük Misir Muzeyi ilə bağlı belə demişdi: “Muzeyə ‘Mən sizin ali ağanızım’ deyən fironun şərəfinə deyil, dərs almaq üçün baş çəkin”.
Onun saxlanılmasından sonra şeyxin sosial şəbəkə hesabları bağlanıb.
Xuraman Etibarlı
İnterpress.az