UFC-nin prezidenti Dana Uayt təqüad barədə söz açıb.

Offsideplus.az xəbər verir ki, 56 yaşlı funksioner bu barədə düşünmədiyini bildirib:

"Mən gənc olanda yaşlı insanların “təqaüdə çıxanda hər gün sahildə içki içərəm” dediyini eşidirdim.

Gözəl tətillərə gedirəm. Amma 10 gündən sonra içməkdən də, tətildən də bezirəm. Özümü işə qayıtmağa hazır hiss edirəm.

Hər gün biznesimi necə daha da böyüdə biləcəyimi düşünürəm”.