AZ

Braziliya “Otokar”ın “Tulpar” piyada döyüş maşınına maraq göstərir

Braziliya Quru Qoşunlarının rəhbərliyi Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən “Tulpar” piyada döyüş maşınına (PDM) maraq göstərir.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, bu maraq Braziliyanın Quru Qoşunları komandanı Tomas Ribeiro Paivanın “Otokar” müəssisəsinə yüksək səviyyəli səfəri zamanı ifadə olunub.

Nəşrin bildirdiyinə görə, bu, iki ölkə arasında artmaqda olan müdafiə əlaqələrinin göstəricisidir.

Səfər çərçivəsində braziliyalı nümayəndə heyəti “Otokar”ın istehsal müəssisələrini ziyarət edib. Səfər zamanı nümayəndə heyətinə “Mızrak 30” qülləsi ilə təchiz edilmiş müasir “Tulpar” piyada döyüş maşını, o cümlədən eyni İtaliya istehsalı HITFACT MkII qülləsi ilə silahlandırılmış “Tulpar”ın yüngül tank variantı təqdim olunub.

Şirkət braziliyalı nümayəndə heyətini qəbul etməkdən məmnunluq duyduğunu və Braziliya müdafiə sənayesi ilə əməkdaşlığa hazır olduğunu qeyd edib. “Otokar”, müqavilə imzalanacağı təqdirdə “Tulpar” platformasının yerli istehsalını Braziliyada təşkil etməyə hazır olduğunu açıqlayıb ki, bu da alıcı ölkənin tələblərinə uyğundur.

Xatırladaq ki, “Otokar” şirkəti 120 mm-lik HITFACT Mk2 qülləsi ilə təchiz olunmuş TULPAR-ı bu ilin aprelində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş LAAD-2025 sərgisində təqdim edib.

Seçilən
22
poliqon.az

1Mənbələr