AZ

Belarus: Qərb NATO qüvvələrini sərhədə yaxınlaşdırır- ÖZƏL

Belarus Təhlükəsizlik Şurası Qərb ölkələrinin NATO qoşunlarını respublikanın sərhədlərinə operativ şəkildə yerləşdirmə üzərində işlədiyini bildirir. Olaylar.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurası sədrinin müavini Aleksandr Neverovski məlumat verib. Onun sözlərinə görə, hazırda NATO ölkələrinin hərbi kontingentinin Belarus sərhədlərinə mümkün qədər tez çatdırılması ilə bağlı müxtəlif ssenarilər sınaqdan keçirilir. Litva və Polşada Baltik limanlarının modernləşdirilməsi, ağır texnikanın hərəkəti üçün körpülərin yenilənməsi, yeni yollar və hərbi aerodromların tikintisi bu planların tərkib hissəsi kimi qiymətləndirilir. Neverovski Qərb ölkələrinin Belarusa qarşı "təhdid iddiası" altında hərbi xərcləri artırdığını, sərhədyanı ərazilərdə kəşfiyyat fəaliyyətinin, aviasiya, pilotsuz uçuş aparatları və texniki müşahidə məntəqələrinin  genişləndirildiyini vurğulayıb. O həmçinin qeyd edib ki, Polşa və Litva sərhəd boyunca mühəndis-müdafiə layihələrini sürətləndirir. Litvada "Baltik müdafiə xətti", Polşada isə "Şərq qalxanı" proqramları çərçivəsində ərazilər fortifikasiya edilir, bəzi yaşayış məntəqələri köçürülür və sərt əks-kəşfiyyat rejimi tətbiq olunur. Neverovskinin sözlərinə görə, Belarusun öz tərəfində gördüyü tədbirlər, o cümlədən Rusiya istehsalı olan "Oreşnik" raket kompleksinin və ya taktiki nüvə silahının yerləşdirilməsi hücum niyyəti daşımır. Bu addım "yalnız sülhü qorumaq və regionda balansı təmin etmək üçün səmərəli çəkindirici vasitə" kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr