AZ

AzMİU-da Zəfərin 5 illiyinə, “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfərin 5illiyinə və “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş“Zəfərlə Möhürlənən Suverenlik” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrundacanından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlabaşlanıb. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan RespublikasınınDövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə AzMİU-nun tədris işləri üzrə prorektoru,professor Akif Qasımov açaraq bildirib ki, 5 il əvvəl – 2020-ciilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixiədaləti bərpa etdi, milli qürur və birliyimizin simvoluna çevrilənböyük Zəfəri qazandı. “Bu Zəfər Azərbaycan dövlətçiliyinindayaqlarını daha da möhkəmləndirdi, Konstitusiyamızda təsbitolunmuş suverenlik prinsipinin real siyasi və hərbi təminatınıyaratdı,” – deyə o vurğulayıb.

Sonra qonaqlar çıxış ediblər.

Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğluçıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın müasirdövlətçilik tarixində dönüş nöqtəsi olduğunu qeyd edib:

“Zəfərimiz təkcə hərbi qələbə deyil, milli ideologiyanın vəmilli birliyin təntənəsidir. Bu müharibə xalq, ordu və dövlətrəhbərliyi arasında misilsiz bir həmrəyliyin göstəricisi oldu. Bizbu gün suverenliyimizi təkcə beynəlxalq hüquqda deyil, həm də realməkanlarda təsdiq etmiş bir dövlətik.”

Millət vəkili, həmçinin gənclərə müraciətlə bildirib ki, suverendövlətin qorunması üçün hər bir vətəndaş bilikli, məsuliyyətli vəvətənpərvər olmalıdır.

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent AydınMirzəzadə çıxışında Azərbaycanın dövlət idarəçiliyində sabitlik,diplomatik çeviklik və hərbi modernləşmənin Zəfərin qazanılmasındamühüm rol oynadığını qeyd edib:

“Azərbaycanın hərbi-siyasi strategiyası Prezident İlham Əliyevinuzaqgörən siyasəti nəticəsində milli gücə çevrildi. Bu günKonstitusiyamızda təsbit olunan suverenlik prinsipi artıq işğaldanazad edilmiş torpaqlarımızda real həyat tapıb. Bu, gələcək nəsillərüçün ən böyük dövlətçilik dərsidir.”

Milli Müdafiə Universiteti Rektorunun Elm və Təhsil üzrəmüavini, general-mayor Arif Həsənov isə ordunun peşəkarhazırlığından və elmi-analitik düşüncənin müasir hərbi təlimlərdərolundan danışıb:

“Azərbaycan Ordusu yalnız döyüş meydanında deyil, intellektualmüstəvidə də qalib ordudur. Biz bu qələbəni elmi əsaslı hərbiidarəetmə, yüksək texnologiyaların tətbiqi və strateji düşüncəsayəsində qazandıq. Gənclərimiz bu qələbədən dərs götürməli, elmivə texnoloji biliklərlə silahlanmalıdır.”

Milli Müdafiə Universiteti rektorunun müavini, professor İbrahimEthem Atnur qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinə diqqətçəkib:

“Azərbaycanın qazandığı Zəfər həm də Türk dünyasının Zəfəridir.Türkiyə və Azərbaycan bir millət, iki dövlət olaraq bu qələbəninmənəvi və siyasi yükünü birlikdə daşıyır. Qarabağda, Zəngəzurdahəyata keçirilən quruculuq işləri Türk birliyinin gələcəkinkişafına yeni nəfəs gətirir.”

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən MüharibəsiQəhrəmanı, polkovnik Anar Mirzəyev öz çıxışında şəhidlərin vəqazilərin qəhrəmanlığını xüsusi vurğulayıb:

“Zəfər təkcə döyüş meydanında qazanılmadı – o, illərlə xalqınqəlbində yetişən Vətən sevgisinin, əqidənin və sədaqətinnəticəsidir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix bizimgələcəyimiz üçün məsuliyyət və şərəf örnəyidir.”

44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda AzMİU-datəhsilini davam etdirən Rəvan Vəzirov döyüş xatirələrindəndanışaraq, tələbə kimi azad və güclü Azərbaycanda oxumağın qürurunubölüşüb:

“Biz döyüş meydanında Ali Baş Komandanın “QarabağAzərbaycandır!” sözlərini öz qanımızla təsdiqlədik. Bu gün isəhəmin azad torpaqlarda qurulan hər bir bina, salınan hər bir yolbizim Zəfərimizin davamıdır. Mənim üçün bu universitetdə oxumaqtəkcə təhsil deyil, həm də gələcəyin mühəndisi kimi Vətənə xidmətdeməkdir.”

Rəvan çıxışının sonunda Şəhid silahdaşlarının xatirəsiniehtiramla anaraq, gəncləri elm və peşəkar biliklərlə Vətənə xidmətetməyə çağırıb.

Tədbirdə çıxışlar gənclərin böyük marağı ilə qarşılanıb. Sondaiştirakçılar Dizayn fakültəsinin ikinci kurs tələbələrinin 44günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin xatirəsinəithaf etdikləri sərgiyə baxış keçiriblər.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Məqalədə:
Seçilən
14
2
az.trend.az

3Mənbələr