"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro yığmasından dəvət alıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Cəbəllüttariq (14 noyabr) və Xorvatiya (17 noyabr) ilə oyunlarına çağırılıb.
Qeyd edək ki, M.Yankoviç 2016-cı ildən etibarən Monteneqro yığmasında çıxış edir. O, bu günə qədər 54 oyunda meydanda olub və bir qol vurub.