AZ

Fransada Sarkozinin oğlunun seçki qərargahına hücum olundu

Fransanın həbsdə olan keçmiş prezidenti Nikolya Sarkozinin oğlu Lui Sarkozi antisemit təhqirlərinə məruz qaldığını iddia edib.

Bu barədə Lui sosial şəbəkə hesabında paylaşım edib.

"Bir nəfər Mentondakı seçki qərargahıma basqın edərək, antisemit şüarlar səsləndirdi, ağlasığmaz qəddarlıq etdi. Məsələ ilə bağlı Menton polisinə şikayət edilib", - deyə sabiq prezidentin oğlu yazıb.

Xəbərdə bildirilir ki, Lui Sarkozi Menton şəhərinin meri postuna namizədliyini irəli sürməyi planlaşdırır. Bu məqsədlə onun seçki qərargahı yaradılıb.

Sabiq Fransa liderinin oğlu əlavə edib ki, təhdidlər onu planlarından döndərməyəcək.

Xatırladaq ki, Nikolya Sarkozi 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Seçilən
25
2
7news.az

3Mənbələr