AZ

Şimali Koreyanın keçmiş lideri Kim Yon  Nam vəfat edib

Şimali Koreya Ali Xalq Məclisinin (SPA) Rəyasət Heyətinin keçmiş sədri Kim Yon Nam 3 noyabrda 97 yaşında vəfat edib. Bu barədə Oxuməni.az, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına istinadla xəbər verir.

Kim Yon Namın ölümünə xərçəng səbəb olub və onun dəfn mərasimi tam ehtiramla keçiriləcək. Ölkə lideri Kim Çen In dəfn mərasimində iştirak edib və əklil qoyub.

Kim Yon Nam 1928-ci ildə Pxenyanda anadan olub. 1944-cü ildən 1945-ci ilə qədər kənd məktəbində müəllim işləyib. 1946-cı ildən 1959-cu ilə qədər Rusiyada təhsil alıb, Tomsk Universitetində, daha sonra Rostov Dövlət Universitetində tarix təhsili alıb.

1963-cü ildən 1967-ci ilə qədər KXDR xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. 1970-ci ildən Koreya Fəhlə Partiyası (KFP) Mərkəzi Komitəsinin üzvü, 1978-ci ildən isə KFP Siyasi Bürosunun üzvü olub.

1983-cü ilin dekabrından 1998-ci ilin sentyabrına qədər KXDR İnzibati Şurasının Baş naziri və ölkənin Xarici İşlər Naziri vəzifələrində çalışmışdır.

1998-ci ilin sentyabrından Kim Yon Nam KXDR Ali Xalq Məclisinin (XXM) Rəyasət Heyətinin sədri, konstitusiyaya əsasən dövlətin ən yüksək vəzifəli şəxsi vəzifəsində çalışmışdır. 2014-cü ildə yenidən XXM Rəyasət Heyətinin sədri seçilmiş və bu vəzifədə 2019-cu ilə qədər çalışmışdır.

Almaz Həsənli

Seçilən
42
1
oxumeni.az

2Mənbələr