AZ

Aİ liderləri Kolumbiya sammitini ləğv etdilər

Avropa liderlərinin böyük əksəriyyəti ABŞ prezidenti Donald Trampı qəzəbləndirməmək üçün Kolumbiyada Latın Amerikası və Karib Dövlətləri Birliyi (CELAC) ilə keçirilən sammitdə iştiraklarını ləğv ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

"ABŞ narkotik qaçaqmalçılığı iddiaları ilə bağlı Kolumbiya (zirvə görüşünün keçirildiyi yer) və Venesuela kimi ölkələri hədəf aldığı üçün sammit Avropada ciddi nəzarət altındadır", - materialda qeyd olunub.

Nəşrin mənbələrinə görə, görüşdə beş Aİ lideri və üç CELAC lideri iştirak edəcək. Almaniya kansleri Fridrix Merts iddialara görə, digər dövlət və hökumət başçılarının iştirak etməyəcəyini səbəb gətirərək Kolumbiyaya səfərini ləğv edib. Bu məlumatı jurnalistlərə Mertsin mətbuat katibi Stefan Kornelius çatdırıb.

Zirvə görüşü 9-10 noyabr tarixlərində Kolumbiyanın Santa-Marta şəhərində keçiriləcək.

QAZİLER.AZ

Seçilən
47
qaziler.az

1Mənbələr