AZ

Bu bananlar təhlükəlidir - XƏBƏRDARLIQ

Bir çoxları qəhvəyi, hətta qaralmış banan yeməyə üstünlük verir. Onların fikrincə, belə meyvələr daha şirin və dadlı olur. Amma mütəxəssislər xəbərdarlıq edir ki, bu “şirinlik” sağlamlıq üçün təhlükəlidir. 

“Yeni Sabah” xəbər verir ki, araşdırmalara görə, banan yetişdikcə tərkibindəki nişasta şəkərə çevrilir, nəticədə onun tərkibində şəkərin miqdarı dəfələrlə artır. Çox yetişmiş banan həm mədəyə, həm də bağırsaqlara əlavə yük yaradır. Bu cür meyvələr həzm prosesini ləngidə, qaz və şişkinlik kimi problemlərə səbəb ola bilər.

Bundan başqa, qəhvəyi bananda “tiramin” adlı birləşmənin miqdarı da artır. Tiraminin yüksək olması isə qan təzyiqini qalxmasına gətirib çıxara bilər. Bu, xüsusilə hipertoniya və miqren problemi yaşayan insanlar üçün təhlükəlidir. pizza hut

Mütəxəssislər bildirirlər ki, əgər bananda çürümə əlamətləri – turş qoxu, selik və ya kif müşahidə olunursa, belə meyvəni qətiyyən yemək olmaz. Çünki bu zaman artıq orada bakteriya və göbələk yaranır və bu da zəhərlənməyə səbəb ola bilər.

Qida mütəxəssislərinin sözlərinə görə, ən sağlam variant sarı, az ləkəli, tam yetişmiş banandır. Həm dadlı, həm də faydalı olması üçün meyvəni çox qaralmadan yemək tövsiyə olunur.

Qısacası, qara düşmüş banan daha şirin deyil, daha risklidir.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr