AZ

Ukrayna tərəfində 2 minədək kolumbiyalı döyüşür Onlardan ibarət Cənubi Amerika rotaları yaradılıb

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynada döyüşən əcnəbilər arasında Cənubi Amerikadan gələn döyüşçülərin sayı artmaqdadır. 

Almaniyanın "Die Welt" nəşrinin araşdırmasına görə, təxminən 2 min kolumbiyalı hazırda Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət edir və tamamilə cənubi amerikalılardan ibarət rotalar formalaşdırılıb.

Məlumata görə, onlar gizli təlim poliqonunda intensiv hazırlıq keçirlər. Təlimlər ispan dilində aparılır ki, bu da eyni regiondan gələn döyüşçülər üçün öyrənmə və qarşılıqlı anlaşmanı asanlaşdırır.

Ukraynalı mənbələrin məlumatına əsasən, təxminən 2 000 kolumbiyalı artıq müqavilə əsasında ölkəyə gəlib. Onların bir hissəsi Beynəlxalq Legionun tərkibində, digərləri isə adi piyada bölmələrində xidmət edir. Kolumbiyalılardan başqa, çilililər və braziliyalılar da bu kontingentdə yer alır. Ümumilikdə, Ukraynaya gələn xarici döyüşçülərin təxminən 40%-i Cənubi Amerikadandır.

Qeyd olunur ki, İlkin mərhələdə Ukrayna yalnız hərbi təcrübəsi olan şəxsləri orduya qəbul edirdi. Lakin sonradan bu tələb yumşaldılıb – indi onların aralarında keçmiş xüsusi təyinatlılar və polis əməkdaşları ilə yanaşı, hərbi təcrübəsi az olanlar da var.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
azpolitika.info

1Mənbələr