Xarici işlər naziri Fidan Finlandiya xarici işlər naziri Valtonenlə görüşmək üçün Finlandiyaya səfər edəcək.
Turkustan.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Finlandiyaya səfər edəcək və Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşəcək.
Fidanın mayın 14-15-də NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı münasibətilə Antalyada ev sahibliyi etdiyi finlandiyalı həmkarı Valtonen, həmçinin Finlandiya parlamentinin sədri Jussi Halla-aho ilə görüşü gözlənilir.
Səfər çərçivəsində Finlandiya Parlamentində keçiriləcək “Türkiyə-Finlandiya İşbirliyi” adlı tədbirdə çıxış edən Hakan Fidanın Finlandiyadakı tatar icması ilə də görüşü nəzərdə tutulub.
Aytən Yaşar/ Turkustan.az