“Fiorentina” klubunda gözlənilən qərar rəsmiləşib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Stefano Pioli vəzifəsindən azad edilib.
A Seriyasında ilk 10 turda qələbə qazana bilməyən “Fiorentina”nın uğursuz nəticələri rəhbərliyi bu addımı atmağa vadar edib.
Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.