AZ

FIFPro 2025-ci ilin simvolik yığmasını açıqladı


Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2025-ci ilin simvolik yığmasını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FIFPro-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə siyahı futbolçuların rəyi əsasında tərtib edilib.
Sihahıya 2025-ci il “Qızıl top”un qalibi Usman Dembele və 2025-ci il “Qızıl buts”un qalibi Kilian Mbappe də daxil olub.
Komandada 4 PSJ təmsilçisi yer alıb.
Dünyanın hər yerindən futbolçuların səs verdiyi yığmanın heyətinə aşağıdakılar daxil olub:
Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”, İngiltərə).
Müdafiəçilər: Aşraf Hakimi, Nuno Mendes (hər ikisi PSJ, Fransa), Vircil van Deyk (“Liverpul”, İngiltərə).
Yarımmüdafiəçilər: Koul Palmer (“Çelsi”, İngiltərə), Cud Bellinqem (“Real Madrid”, İspaniya), Pedri (“Barselona”, ​​İspaniya), Vitinya (PSJ, Fransa).
Hücumçular: Usman Dembele (PSJ, Fransa), Kilian Mbappe (“Real Madrid”, İspaniya) və Lamin Yamal (“Barselona”, İspaniya).
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr