AZ

Paytaxtda oğurluq edənlər saxlanılıblar

Paytaxtda
Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 min manat dəyərində məişət əşyalarının talandığını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
39
7
1news.az

10Mənbələr