AZ

FIFPro 2025 ci ilin simvolik yığmasını açıqladı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2025-ci ilin simvolik yığmasını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Federasiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, siyahı futbolçuların rəyi əsasında tərtib edilib.

Sihahıya 2025-ci il “Qızıl top”un qalibi Usman Dembele və 2025-ci il “Qızıl buts”un qalibi Kilian Mbappe də daxil olub.

Komandada 4 PSJ təmsilçisi yer alıb.

Dünyanın hər yerindən futbolçuların səs verdiyi yığmanın heyətinə aşağıdakılar daxil olub:

Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”, İngiltərə).

Müdafiəçilər: Aşraf Hakimi, Nuno Mendes (hər ikisi PSJ, Fransa), Vircil van Deyk (“Liverpul”, İngiltərə).

Yarımmüdafiəçilər: Koul Palmer (“Çelsi”, İngiltərə), Cud Bellinqem (“Real Madrid”, İspaniya), Pedri (“Barselona”, ​​İspaniya), Vitinya (PSJ, Fransa).

Hücumçular: Usman Dembele (PSJ, Fransa), Kilian Mbappe (“Real Madrid”, İspaniya) və Lamin Yamal (“Barselona”, İspaniya).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
yeniavaz.com

2Mənbələr