AZ

Toylara 300, 2000, 10 min AZN yazdıran AZƏRBAYCANLI MƏŞHURLAR

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan toy əyləncə, təmtəraq, şan-şöhrət hesab edildiyi qədər də yaxşı qazanc mənbəyidir. Yəni toy ev sahinbinin birdəfəlik, restoran sahiblərinin isə davamlı olaraq cibini dolduran gəlir yeridir. Bu səbəbdən toyda iştirak edən sadə vətəndaşdan tutmuş məşhur şəxsə qədər hamı elə nəmər salmalıdır ki, heç olmasa ev sahibinin toya çəkdiyi xərc, yığılan pulla eyni olsun. Şou-biznes aləmində yetəri qədər özünə və övladına toy edən məşhurlar var. Onlar da bu xoş gündə həmkarlarını yığaraq çal-çağır edir və hərə öz büdcəsinə görə toya pul yazdırır.

Bu dəfə BAKU.WS saytı olaraq məşhurların həmkarlarının toyuna nə qədər pul yazdırdığını araşdırdıq. Həmin yazını oxuculara təqdim edirik:

Şou-biznesdə övladına toy edən məşhurlardan biri şairə Nazilə Səfərli olub. O oğlu Nurlanın toyunda bəzi məşhur qonaqların 1000 AZN yazdırdığını bildirib.

Səfərlinin məclisinə yaxın rəfiqəsi, müğənni Xatirə İslam gəlməyib. O 1000 dollar (1700 AZN) pul göndərib. Əməkdar artist Elton Hüseynəliyev toyda həm pulsuz aparıcılıq edib, həm də 1000 AZN pul yazdırıb.

Bundan başqa Əməkdar artist Vasif Məhərrəmli 1000 AZN, Nadir Qafarzadə 1000 AZN, Damla 1000 AZN, Nazənin 1000 AZN, Pünhan Həsənli 1000 AZN, Tünzalə Ağayeva 1000 AZN, Aşıq Zülfiyyə 500 AZN pul yazdırıb.

Müğənni Nadir Qafarzadə kiçik oğlu Əzizə bu ilin sentyabrında toy edib.

Müğənni Xatun Əliyeva onun toyuna 2000 AZN pul yazdırıb.

Müğənni Xatun Əliyeva özü isə oğlu Adilə 2022-ci ilin noyabrın 8-də toy edib. Sənətçi məşhur qonaqların nə qədər pul yazıldığını bir-bir açıqlamasa da, verilişlərdən birində toydan ona 50 000 AZN-dən çox pul qaldığını bildirib:

"Mən hələ ora çox adam çağırmamışdım. Cəmi 360 adam dəvət etmişdim. 50 000 AZN-dən çox pul qaldı. Hələ hər kəsi dəvət etməmişdim, limit var idi".

Müğənni Sevda Yəhyayeva 2021-ci özünə etdiyi toy bir sıra məqamlarla yadda qalmışdı ki, bunlardan biri də aparıcı Zaur Kamalın onun toyuna 300 AZN yazdırması idi. Əməkdar artist Abbas Bağırov və Xalq artisti Röya Ayxan isə Yəhyayevanın toyuna 2000 AZN pul yazdırmışdılar.

Əməkdar artist Yusif Mustafayev verilişlərdən birində toya 10 000 AZN yazdırdığını açıqlayıb.

"Elxan adlı dostum oğlumun toyuna 10 000 dollar yazdırmışdı. Həmin vaxt dollar 78 AZN idi. Mən də onun övladının toyuna 10 000 AZN yazdırdım" -deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
baku.ws

3Mənbələr