AZ

II Liqada lider dəyişdi Qaradağ Lökbatan da qalib gəldi, Xankəndi də

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan II Liqasında VII tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 3 matç keçirilib. 

Tur lider dəyişikliyi ilə yadda qalıb. Ötən gün "Quba" ilə oyunda xal itirməsinə rəğmən, zirvəyə yüksələn "Şirvan"ın "şahlığ"ı bir gün çəkib. "Xankəndi" ilə "Qaradağ Lökbatan" növbəti qələbələrini qazanaraq şərikli liderliyə yiyələniblər. İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi "Şəmkir" üzərində çətin qələbə qazanıb. Lökbatanlılar isə "Ağdaş"ı böyük hesabla üstələyiblər. 

Turun daha bir matçında isə "Kür-Araz" səfərdə "Ağstafa Gəncləri" üzərində inamlı qalibiyyət əldə edib. 

Qeyd edək ki, dünən "Dinamo" "Araz-Saatlı"nı 4:1 hesabı ilə yenib, "Quba" - "Şirvan" (1:1) və “Şəki Siti” – “Göygöl” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası

VII tur

4 noyabr

“Ağstafa Gəncləri” – “Kür-Araz” 0:3

Qollar: E.Məmmədov, 12-pen; 71; 90+2.

“Qaradağ Lökbatan” – “Ağdaş” 4:0

Qollar: T.Nəsibov, 19-pen; 37. H.Həsənov, 56. İ.Hüseynov, 80.

“Xankəndi” – “Şəmkir” 2:1

Qollar: E.Quliyev, 70-pen. B.Teymurov, 76 - T.Məmmədzadə, 89-pen.

 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
fanat.az

2Mənbələr