AZ

Aİ Ukraynaya 1,8 milyard avro tranş ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya “Ukraine Facility” proqramı çərçivəsində 1,8 milyard avrodan çox məbləğdə maliyyələşmənin beşinci tranşını ayırmağa qərar verib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ukrayna beşinci ödənişi almaq üçün lazımi şərtləri yerinə yetirib.

Məlumata görə, vəsaitlər Aİ Ukraynanın bu mərhələ üçün nəzərdə tutulan on addımdan doqquzunu, eləcə də əvvəlki tranş üzrə yerinə yetirilməmiş bir bəndi uğurla yerinə yetirdiyini tanıdıqdan sonra daxil olacaq.

“Maliyyələşdirmə ilk növbədə Ukraynanın makromaliyyə sabitliyini gücləndirməyə və onun dövlət idarəçiliyinin gələcək işini dəstəkləməyə yönəlib”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr