ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Heydər Əliyev Britaniyaya səfəri çərçivəsində sabiq baş nazir Con Meycorla görüşmüşdü”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.
“Orada çox maraqlı hadisələr baş verdi. Qəbulların birinə Meycorun müavini sədrlik edirdi. O, çox maraqlı bir giriş sözü ilə başladı: “Sovet dövründə gecə-gündüz fikirləşirdik ki, elə bir bomba olsaydı ki, hamısı birdəfəyə öləydi və biz də rahat olardıq”.
Proqramda olmasa da xəbər gəldi ki, Marqaret Tetçer (“Dəmir leydi” ləqəbli – red.) görüşmək istəyir. O, artıq siyasətdən çıxmışdı, amma Heydər Əliyevin şəxsiyyəti elə cəlbedici idi ki, siyasətdən uzaq Tetçer onunla görüşdü”, – H.Həsənov qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.