AZ

Neymardan qeyri-adi cərimə zərbəsi: Qol olmasa da...

Futbolun zirvəsində keçirdiyi illərə uzaq olmasına baxmayaraq, “Santos”un ulduzu Neymar hələ də yeni fəndlər icad etməyə davam edir.

Publika.az xəbər verir ki, o, komandasının “Fortaleza” ilə oyununda yenə də azarkeşlərin diqqətini üzərinə çəkməyi bacarıb. Bu dəfə qeyri-adi cərimə zərbəsi ilə gündəmə gəlib.

Əlavə olunmuş vaxtın son dəqiqələrində hesab 1:1 olarkən Neymar cərimə meydançasının kənarında topun arxasına keçib. Qaçış zamanı o, əvvəlcə zərbə hərəkətini təqlid edib, daha sonra isə topa həqiqi zərbə vurub. Zərbə dəqiq və ağıllı alınıb, amma qapıçı Qabriel Brazau əla reaksiya göstərərək komandasını xilas edib.

Heybət

Seçilən
14
publika.az

1Mənbələr