AZ

Qırğızıstanda elektrik enerjisinə tətbiq olunan limitsiz tariflər ləğv edilir

BAKI, 4 noyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Energetika Nazirliyinə elektrik enerjisinə tətbiq olunan limitsiz tarifin dayandırılması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Əsqət Alagözov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı Energetika naziri Talaybek İbrayevin “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-yə əhaliyə elektrik enerjisinə limitsiz tarifə keçid çağırışı ilə bağlı fəaliyyətini kəskin tənqid edib.

Sadır Japarov qeyd edib ki, enerji çatışmazlığı dövründə belə təşəbbüslər qəbuledilməzdir və ictimai parçalanmaya səbəb ola bilər. O, dərhal bu tarifdən imtina etməyi və qış mövsümündə vətəndaşların elektrik enerjisinə ədalətli və bərabər çıxışını təmin etmək üçün kompleks tədbirlər görməyi tapşırıb.

Bundan əvvəl Qırğızıstanın energetika naziri Talaybek İbraev “Kabar” agentliyinə müsahibəsində vətəndaşları qarşıdakı çətin qış barədə xəbərdar etmiş və enerjiyə qənaət etməyə çağırmışdı.

Seçilən
25
teleqraf.com

1Mənbələr