Bakı. Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahətgünlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədarolaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsilmüəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü11 noyabrdır.
Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərəntəhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk işgünü isə 12 noyabrdır.
Bununla yanaşı, qeyd edirik ki, Nazirlər Kabinetinin “Ümumi təhsilmüəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqındaQərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabrtarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21noyabr tarixinə təsadüf edəcək.