AZ

Rəsmi Bakıdan Ermənistanın mina terroru ilə bağlı AÇIQLAMA

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov modern.az-a açıqlamasında Ermənistan tərəfin bütün xəritələri Azərbaycana verməsi barədə iddiaları alt-üst edib. Bildirib ki, 44 günlük müharibədən sonra antiterror əməliyyatlarına qədər onlar təxminən 480 kilometr uzunluğunda, 2 kilometr dərinlikdə minalama işlər aparıblar. 960 kvadrat kilometr ərazini əhatə edən mina xəritələri isə Azərbaycana təhvil verilməlidir.

Rəsmi İrəvanın bu məsələ ilə bağlı qeyri-konstruktiv davranmasının qarşılığında rəsmi Bakı hansı addımları atmaq niyyətindədir?

XİN-in mətbuat katibi Ayxan Hacızadə Musavat.com-a açıqlamasında bildirib ki, məsələ rəsmi Bakının gündəliyindədir:

“Bu mövzu üzrə davamlı əsasda iş aparılır və daim diqqət mərkəzindədir”.

Musavat.com

Seçilən
36
1
musavat.com

2Mənbələr