AZ

Sosioloq: “Xarici vətəndaşlarla evlənmək xeyrimizə deyil”

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Azərbaycanda əcnəbilərlə bağlanan nikahlar hüquqi baxımdan qadağan deyil. Ailə qurmaq hər kəsin öz şəxsi seçimidir”.Bunu Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib.O əlavə edib ki, bəzi məsələlər qanunla qadağan olunmasa da, milli-mənəvi dəyərlər nöqteyi-nəzərindən bir az problemlidir:“Azərbaycanda bütün kişilər əcnəbi qadınlarla ailə qursa və bütün qadınlar əcnəbi kişilərlə ailə qursa, ölkəmizin, cəmiyyətimizin vəziyyəti nə olar? Şübhəsiz, bu yaxşı hal deyil. Bəzi məsələlər var ki, qanun onlara icazə verir, amma milli mədəniyyət, etik dəyərlər onu düzgün saymır.  Bu halın geniş vüsət alması yaxşı hal deyil.   Əsas səbəb əlaqələrin genişlənməsidir. Yəni əvvəllər bu hal az idi, çünki xarici ölkələrlə, millətlərlə əlaqələrimiz az idi. İndi isə xanım və ya bəy gedir xaricdə təhsil alır və orada tanış olur bir xarici vətəndaşla, ailə qurur. Sosial şəbəkələr üzərindən əlaqələr çoxalır, tanış olurlar, söhbət edirlər, ailə qururlar.   Yəni əlaqələr genişləndikcə, bu hallarda çoxalır. Amma ümumilikdə bunun çoxalması bizim xeyrimizə deyil”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr