AZ

Mərkəzi Bankın AniPay-i ilə ödənişlərin həcmi 1.54 mlrd. manata yüksəlib

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi (AniPay) vasitəsilə aparılan əməliyyatların həcmi 2025-ci ilin ilk iki ayı üzrə tarixi maksimuma yüksəlib.

Banker.az xəbər verir ki, hesabat dövründə sistem üzərindən ümumilikdə 1 milyard 539,9 milyon manatlıq əməliyyat həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 101,5% çoxdur. Təkcə sentyabrda  296.5 mln. manat olmaqla son 11 ayın maksimum göstəricisidir.

2024-cü ilin yanvar-fevral aylarında AniPay vasitəsilə aparılan əməliyyatların həcmi 763,9 milyon manat təşkil etmişdi.

2023-cü ilin eyni dövründə bu göstərici 833 milyon manat, 2022-ci ildə 325,2 milyon manat, 2021-ci ildə isə cəmi 143 milyon manat olmuşdu.

Seçilən
41
banker.az

1Mənbələr