AZ

Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini - AÇIQLADI

2025-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Bakı Fond Birjasında (BFB) ticarət dövriyyəsinin məbləği 54 milyard 620 milyon 573 min manat təşkil edib.

Bu barədə FED.az-a Birjadan bildirilib.

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 50 milyard 333 milyon 702 min manat təşkil etmişdi.

Beləliklə, bu il Bakı Fond Birjaspnda (BFB) ticarət dövriyyəsinin həcmi 4 milyard 286 milyon 872 min manat və ya 8,5% artıb.

Ticarət dövriyyəsinin 80%-i və ya 43 milyard 655 milyon 423 min manatı REPO əməliyyatları ilə bağlı olub.

BakıBakı
Seçilən
23
2
fed.az

3Mənbələr