AZ

Paytaxtda oğurluq edənlər saxlanılıblar

Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 min manat dəyərində məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
27
7
hafta.az

10Mənbələr