AZ

İrandan NÜVƏ XƏBƏRDARLIĞI İki həftə vaxt VERİLDİ

ain.az bildirir, Bizim media portalına istinadən.

12 günlük müharibədən dərs çıxarmayan İran rəsmiləri deyəsən yenidən nüvə məsələsini gündəmə gətirməyə çalışırlar.Belə ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Cavad Laricani ölkəsinin iki həftə ərzində nüvə silahı yarada biləcəyinin mümkünlüyünü vurğulayıb. Ardınca da o qeyd edib ki, amma ali dini lider Ayətullah Əli Xameneinin fətvası bunu qadağan edir.

 

"Əgər müharibə başlasa, bu barbarlıqla olmayacaq, hər iki tərəfin sərhədləri var. Həzrətin fətvasının (nüvə silahının yaradılmasının qadağan edilməsi haqqında) bir çox əsası var və şiə qanununda uzun bir tarixə malikdir. Ölkə iki həftədən az müddətdə atom bombası əldə edə bilər, amma biz dinimizə sadiqik", - o əlavə edib.

Göründüyü kimi, ali dini liderin müşaviri Cavad Laricani İranın iki həftəyə nüvə silahı əldə edə biləcəyini açıqlayıb. Halbuki 12 günlük müharibə fonunda İranın hərbi obyektlərinə endirilən zərbələrə əsaslanaraq, ABŞ və İsrail bəyan etmişdi ki, Tehranın nüvə silahı əldə etməklə bağlı lazım olan komponentlərə çatması üçün çox illər lazım gələcək.Bu fonda Xameneinin müşavirinin açıqlaması regionda növbəti savaşın alovlanmasına səbəb ola bilərmi?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Laricaninin açıqlaması reallığı əks etdirərsə, birmənalı şəkildə bu regionda növbəti müharibəyə rəvac verəcək:“Cavad Laricaninin iki həftə ərzində İranın nüvə silahı yarada biləcəyini söyləməsi olduqca maraqlı açıqlamadır. Son zamanlar İran rəsmiləri nüvə silahı ilə bağlı olduqca ziddiyyətli fikirlər səsləndirirlər. Bir neçə gün bundan əvvəl prezident Pezeşkian açıqlama verdi ki, nüvə silahı əldə etməyi hədəfləməyiblər.12 günlük müharibə əslində İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmişdi. Həmin toqquşma İran üçün ciddi itkilərlə yadda qaldı. Ölkənin nüvə obyektləri vuruldu. Nüvənin zənginləşdirilməsi proqramında aparıcı rol oynayan şəxslər zərərsizləşdirildi”. İran nüvə silahı əldə etmək niyyətindədir.Deputat fikrincə, bütün bunlara baxmayaraq, İran hələ də nüvə silahı əldə etmək istəyindən əl çəkməyib:“O, bu silahı əldə etməklə öz gücünü göstərməyi hədəfləyib. Bayden adminstrasiyasının dövlət katibi Entoni Blinken ötən il İranın qısa müddət ərzində nüvə silahı əldə edəcəyilə bağlı həyəcan təbili çalmışdı.

 

Laricani növbəti dəfə belə bir açıqlama verməklə əslində hədəfi İrandan yayındırmaq istəyib. Bununla fikir formalaşdırmaq istəyirlər ki, İran ümumiyyətlə nüvə silahı əldə etmək niyyətində deyil. Sadəcə olaraq, digər məqsədlər üçün uranın zənginləşdirilməsini davam etdirirlər. Lakin buna baxmayaraq, hesab edirəm ki, İranın nüvə silahına sahib olmaq istəyi qüvvəsindədir. Onlar imkan olduqca fəaliyyətlərini məhz bu istiqamətdə quracaqlar.

ABŞ Prezidenti Tramp isə İran nüvə silahı əldə etməyə cəhd edərsə, onun qarşısının alınacağını deyib. Eyni zamanda, bildirib ki, İranla bu sahədə danışıqları davam etdirmək niyyətindədir. Guya İran da sanksiyalardan çıxmaq üçün əməkdaşlığa getməyə hazır olduğunu bildirib. İranın nüvə məsələsi təbii ki, yenə də diqqət mərkəzində saxlanılacaq. Vaşinqton da İranın nüvə silahı əldə etmək imkanının sıfırlanması istiqamətdə fəaliyyətini gücləndirəcək”.Rüfət Sultan, Bizim.Media      

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
bizim.media

2Mənbələr