AZ

Paşinyan İlham Əliyevin Göyçə gölü açıqlamasına cavab verə bilmədi

ain.az bildirir, Unikal.az portalına istinadən.

"Azərbaycan prezidenti çar xəritələrində Sevan gölünün olmadığını bildirib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O, jurnalistin Azərbaycan lideri İlham Əliyevin Göyçə gölü ilə bağlı fikirləri barədə sualına dolayısıyla belə cavab verib: "Sualınızla məni çətin vəziyyətə salırsınız. Mən seçim qarşısındayam. Azərbaycan prezidenti çar xəritələrində Sevan gölünün olmadığını, amma başqa bir adın olduğunu bildirib.

İndi deyim ki, Azərbaycan prezidenti Sevan gölünün Göyçə adlandığını deməyib, ancaq çar xəritələrində "Sevan" gölünün olmadığını qeyd edib...  

Xatırladaq ki, Prezident İlham Əliyev dünən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib: "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb".

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
unikal.az

1Mənbələr