AZ

Qarabağ Universitetinin yeni korpusu TİKİLİR - FOTO

Qarabağ Universitetinin yeni korpusu tikilir.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Qarabağ Universitetinin yeni tədris korpusunun tikintisi davam edir.

Yeni bina əsas tədris binasının yanında yerləşir.

Tikinti işləri başa çatdıqdan sonra korpus barədə daha ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, ötən aylarda Universitetin Biznes və İqtisadiyyat korpusunun inşası ilə bağlı Elm və Təhsil Nazirliyi və Əsaslı Tikinti və Təchizat İdarəsi arasında ayihə-smeta sənədlərinin hazırlanması işləri yekunlaşdırılmışdı.

Xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Qarabağ Universitetinin Şuşada yeni kampusu açılacaq, həmçinin Xocalıda Kənd Təsərrüfatı fakültəsi yaradılacaq.

171741

Seçilən
25
azedu.az

1Mənbələr