AZ

Almaniya 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmağı planlaşdırır- ÖZƏL

Almaniya hökuməti 2026-cı ildə Ukraynaya ayıracağı maliyyə yardımını təxminən 3 milyard avro artırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti hökumət kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Xatırladılır ki, 2026-cı ilin dövlət büdcəsində Kiyevin dəstəyi üçün əvvəlcə 8,5 milyard avro nəzərdə tutulmuşdu. Nəşrin məlumatına görə, əlavə 3 milyard avronun ayrılması ilə bağlı qərar hələ yekunlaşmasa da, koalisiya daxilində Ukraynaya ayrılacaq vəsaitin artırılmasının vacibliyi barədə ümumi razılıq mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr