AZ

Dövlətə xəyanətdə təqsirləndirilənin işi başladı Bakı Hərbi Məhkəməsində

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan Şöhrət Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo” xəbər veri ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr olub.

Tərəflərin razılığı ilə cinayət işinnin baxışa verilməsi qərara alınıb.

Məhkəmənin ilk baxış iclası 14 noyabra təyin edilib. Həmin gün təqsirləndirilən şəxsin ittihamları tək-tək elan ediləcək.

Qeyd edək ki, Şöhrət Məmmədov bu ilin mart ayında DTX əməliyyatçıları tərəfindən saxlanılıb. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə təqsirləndirilir.

Ona AR Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə  verilmiş ittiham sübuta yetirilərsə Ş.Məmmədovu 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
10
qafqazinfo.az

10Mənbələr