ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın futbolçulardan ibarət milli komandalar arasında DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Püşk zamanı ikinci səbətdə yer alan millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.
DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.