AZ

NATO-nun keçmiş baş katibi: Cənubi Qafqazda sülh mümkündür

"Cənubi Qafqazda sülh mümkündür. Artıq Ermənistanın dəstəyini almış sülh sazişi həm Ermənistan, həm də Azərbaycan üçün yeni tərəqqi dövrünü aça bilər. Ümid edirik ki, Azərbaycan bu təklifi tezliklə qəbul edəcək".

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu “Rasmussen Global” şirkətinin təsisçisi, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazda sülhə nail olmaq səyləri yeni fürsət, ələ keçirilməli olan pəncərə açıb. pizza sifarişi

Aİ-nin Cənubi Qafqazda sülh prosesində iştirakının zəruriliyinə toxunan Rasmussen qeyd edib ki, Avropanın prioriteti Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına dəstək olmalıdır.

Rasmussen “Sülhün kəsişməsi” layihəsini və əlaqədar infrastruktur layihələrini dəstəkləmək üçün Aİ-nin "Global Gateway" proqramının tam şəkildə həyata keçirilməsinə çağırıb və bu təşəbbüsün Avropanın özünə də fayda verəcəyini vurğulayıb: 

"Bu, yeni iqtisadi imkanlar yaradacaq və yaxın qonşumuzda sülhü gücləndirəcək, Ermənistanda demokratiyanın güclənməsinə kömək edəcək və Rusiyanın mühüm regionda təsirini zəiflədəcək. Bu, bizi Hindistan və Asiya ilə birləşdirən Avropa biznesləri üçün yeni ticarət yolları açacaq. Davamlı sülhü təmin etmək üçün həm Cənubi Qafqazda, həm də Avropa ilə iqtisadi əlaqələri gücləndirmək lazımdır".


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr