AZ

İLGİNC DETALLAR İLGİNC DETALLAR

Rayondakı qaynaqlarımdan aldığım məlumata görə, bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdə "Kapital Bank"ın bankomatları söküblər. Bir neçə gün əvvəl isə rayon xəstəxanasının bəzi aparatları da sökülüb Şərura aparılıb.

Hər iki hadisəni rayonun ləğvinə hazırlıq kimi dəyərləndirən bəzi sakinlər etiraza qalxışıblar. Hətta bankomatın sökülməsinə etiraz edənlərlə asayış keşikçiləri arasında xırda çəkişmə belə yaşanıb.

Bu etiraz aksiyalarında rayon icra başçısının nə qədər rol oynayıb-oynamadığını bilmirəm. Amma onu hiss edirəm ki, mənə qarşı kampaniya hansısa qüvvə tərəfindən təşkil olunur. Yoxsa sadə vətəndaş hardan bilir ki, bizim ailə 52 əvvəl Sədərəkdə yaşayıb.

Görünür, rayonlarının ləğv ediləcəyini düşünən rayon rəhbərliyi ölkə başçısına etirazlarını mənim üstümə hücumla diqqətə çatdırmaq istəyir.

Oyunun olsun, "canişin"in xala oğlusu.

Heydər Oğuz, araşdırmaçı-jurnalist

Seçilən
41
news365.az

1Mənbələr