AZ

“iTicket.az” “Qarabağ”la bağlı məlumat yaydı, ara qarışdı – “Ən böyük saxtakarlar elə siz və təşkilatçılardı”

“Qarabağ” sabah Çempionlar Liqasında növbəti oyuna çıxır. Şəhərdə oyuna maraq böyükdü, yenə bilet axtaranların sayı-hesabı bilinmir. “Kopenhagen”lə oyunu yalnız ilk yarının sonlarından etibarən izləyə bilən azarkeşlərin həyəcanlanması təbiidi. Sosial şəbəkələrdə isə bilet satışı ilə bağlı elanlar aşıb-daşır. Bizə çatan bilgiyə görə, hazırda, yəni oyuna bir gün qalmış nominal dəyəri 10 manat olan biletlər 40-50 manatdan ucuz satılmır. “Qarabağ”ın avrokubok oyunlarına bilet satışını həyata keçirən “iTicket.az” şirkəti bir saat əvvəl sosial şəbəkə hesabında belə məlumat paylaşıb: “Hazırda iTicket.az “Qarabağ” FK-nın oyunlarında biletlərin ikinci əl satışının (qara bazarın) qarşısını almaq məqsədilə genişmiqyaslı araşdırmalarda aidiyyəti dövlət qurumlarına dəstək gösərir. Bu istiqamətdə monitoqinqlər, texniki yoxlamalar və məlumat mübadiləsi həyata keçirilir”.
Məlumatın altında yazılan rəylərdən belə görünür ki, azarkeşlər, sadəcə, “iTicket.az” şirkətinə inanmır. Məsələn, Ramil Rəhimov belə yazır: “Boş paylaşımdır. Ən böyük saxtakarlar elə siz və təşkilatçılardı. 1100-cü adam olduğum halda, bir bilet belə seçə bilmədim. Elə bu yarıtmazlığınıza görə bu oyuna getməmək lazımdı. Gedib 10 manatlıq biletə 50 manat verib hansısa dələduzun cibini doldurmaqdansa, otubu evimdə isti çayımı içə-içə baxaram. Əziz xalqım, xahiş edirəm “qara bazar”dan almayın. Qoy bir oyun stadiona boş qalsın, bu da bunlara dərs olsun, yoxsa bunlar düzələn deyil”.
Rüfət Camal isə belə yazır: “Birinci öz işçilərinizlə əlbir olan şərəfsizləri ittiham edin”.
ORXAN

Seçilən
34
2
football-plus.az

3Mənbələr