AZ

Qarabağla bağlı Küveyt variantı: Bakı istəyirdi Niyə tətbiq edilmədi?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“1993-cü ildə BMT-də Azərbaycanla bağlı ilk qətnamə qəbul olundu. Bəyanatdan qətnaməyə keçidin səbəbi var. Çünki artıq torpaq məsələsi bilavasitə Qarabağın kənarındakı əraziləri əhatə edirdi. Qarabağ daxilindəki torpaqların adı çəkiləndə isə heç kim bunu dinləmək istəmirdi. Onların fikrincə, bu ərazilərə hücum edənlər ermənilər deyil, daxili qüvvələr idi”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.

“Laçın işğal olunanda da müzakirələr baş tutmadı, çünki dünya Qarabağın tam blokadada qalacağını qəbul etmişdi. Acından ölməmələri və hava əlaqələrinin saxlanması üçün yalnız bu yol qalırdı. Kəlbəcərin işğalından sonra isə iki mərhələ mövcud idi. Tələsik 5 gün ərzində bəyanat verildi, lakin biz qətnamənin qəbul olunmasını istəyirdik. Rusiya isə açıq-aşkar istəyirdi ki, proses apreldə yox, mayda baş tutsun. Bunun səbəbi Rusiyanın sədrliyinin mayda başlaması idi. Kreml prosesi uzatmağı hədəfləyirdi. Nəticədə qətnamə qəbul olundu.

Qətnamə qəbul edildikdən sonra hücumlar davam etdi. Bir dəfə soruşdum: “Necə olur ki, İraq Küveytə hücum edəndə dərhal reaksiya verildi?” Dedilər ki, bunun iki şərti var: Birincisi, ölkə qətnamələrin həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürməlidir. İkincisi, bir ölkə olmalıdır ki, bu öhdəliyi yerinə yetirmək üçün onu maliyyələşdirsin. Küveyt bunu təmin etmişdi, amma bizim nə öz imkanımız, nə də arxamızda dayanan bir dövlət var idi”, – Həsənov Həsənov deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
globalinfo.az

1Mənbələr