AZ

Zelenski Azov döyüşçüləri ilə görüşdü

Prezident Vladimir Zelenski qonşu bölmələrlə birlikdə Dobropil istiqamətində müdafiəyə rəhbərlik edən Ukrayna Milli Qvardiyasının “Azov” 1-ci korpusunun komanda məntəqəsində əsgərlərlə görüşüb.

Turkustan.az xəbər verir ki, o, əsgərlərlə cəbhə xəttindəki vəziyyəti müzakirə edib, onlara dövlət mükafatlarını təqdim edib.
Zelenski bu barədə “Facebook” da yazıb .

"Mən hərbçilərin hesabatlarını dinlədim, cəbhə xəttindəki vəziyyəti və ən təcili ehtiyacları müzakirə etdim, silah məsələlərinə, pilotsuz təyyarələrin istehsalının genişləndirilməsinə, briqadaların ehtiyaclarına, Azov Milli Qvardiyasının 1-ci Korpusunun təcrübəsinə və digərlərinə çox diqqət yetirdim", - Zelenski qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
turkustan.az

1Mənbələr