AZ

Tokayev Belarus baş nazirinin səfərini xüsusi əlaqələrin təsdiqi kimi qiymətləndirib

Tokayev

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Belarusun baş naziri Aleksandr Turçin iki ölkə arasında ticarət-iqtisadi, eləcə də sənaye əməkdaşlığını müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ölkələrimiz arasında əməkdaşlığın inkişaf səviyyəsini və əlbəttə ki, bu əlaqələrin məzmununu nəzərə alaraq, mən bu səfəri çox vacib hesab edirəm”, - Tokayev qeyd edib.

Qazaxıstan lideri iki ölkə arasında ticarətin inkişafını da qeyd edib. Onun məlumatlarına görə, ticarət əlaqələrinin səviyyəsi “900 milyondan milyard dollara qədər”dir. Tokayev Qazaxıstanın Belarusun ikinci ən böyük ticarət tərəfdaşı olduğunu da qeyd edib.

“Ümumiyyətlə, qeyd etmək istərdim ki, bizim ölkənizə böyük rəğbətimiz və hörmətimiz var”, - Tokayev vurğulayıb.

Görüş zamanı Qazaxıstan prezidenti Belarusun baş nazirinə iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu da açıqlayıb. O, Belarus Prezidenti Aleksandr Lukaşenkoya da salamlarını və xoş arzularını çatdırıb.

Məryəm Quliyeva

Seçilən
35
1
xalqcebhesi.az

2Mənbələr