AZ

Ramiz Mehdiyevin qızı da vəzifədən azad olunub?

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə barəsində ev qətimkan tədbiri seçildikdən sonra onun ailə üzvlərinin tutduqları vəzifələrdən azad olunması ilə bağlı məlumatlar gündəmə gəlib. 

R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın da BDU-da tutduğu vəzifədən getdiyi bildirilir. 

“Cebheinfo.az” məsələni dəqiqləşdirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlayıb. Lakin dəfələrlə cəhd etməyimizə baxmayaraq, universitetdən bu barədə konkret cavab verilməyib. Yalnız bildirilib ki, məsələ araşdırılır və məlumat veriləcək. 

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr