AZ

Azərbaycanlı ekspert İrəvanda: Qərbi Azərbaycana qayıdışdan danışdı

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Əvvəlcə başa düşməliyik ki, Ermənistanda bir vaxtlar böyük bir Azərbaycan icması olub”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Topçubaşov Analitik Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov 4 noyabrda İrəvanda keçirilən "Orbeli-2025" beynəlxalq konfransı zamanı jurnalistlərlə söhbətində Qərbi Azərbaycana qayıdışdan danışarkən bildirib.

"Onlar və əcdadları bir vaxtlar Ermənistanda yaşayıblar. Bu insanlar 20-ci əsrdə bir neçə dalğada bölgəni tərk edərək həm Azərbaycanda, həm də ondan kənarda məskunlaşıblar. Bu insanlar özünəməxsus xüsusiyyətləri olan müəyyən bir etnik qrupa mənsubdurlar. Onların öz etnik ritualları, adət-ənənələri və hətta rəqsləri var. Onlar Azərbaycanda böyük iqtisadi və siyasi gücə malikdirlər. 

Buna görə də bu icmanın mövcudluğunu görməzdən gəlmək səhv olardı. Əgər mənim fikrimi bilmək istəyirsinizsə, düşünürəm ki, bu icma da insanlar arasında qarşılıqlı əlaqə prosesində iştirak etməlidirlər. Onların ermənilərlə sıx əlaqələri olmalıdır". 

O bildirib ki, müəyyən əlaqə qurulmalıdır:

“Hələ də mübahisə edə bilərik, amma ən azından bütün bunlardan dərs çıxarmalıyıq. Bir-birimizin hekayələrini dinləməli və bir-birimizin mövqelərini başa düşməliyik. Bu əlaqə, şübhəsiz ki, qarşılıqlı anlaşmanın qurulmasında bizə kömək edəcək”, - deyə R.Hüseynov bildirib.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

Qərbi Azərbaycana qayıdış Rusif Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr