AZ

“Zadəganlar”ın zədə kabusu “Çelsi” daha bir futbolçusunu itirdi

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Çelsi” ötən həftəki “Tottenhem” qələbəsindən sonra sabah Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq. Lakin baş məşqçi Enzo Mareska bu oyundan öncə daha bir itki ilə üzləşib.

Bakupost.az xəbər verir ki, bu mövsüm London klubunun ən böyük problemlərindən biri məhz zədələr olub. Komandanın oyun səviyyəsi gözləntilərin altında qalmasında Koul Palmer və Levi Kolvill kimi əsas oyunçuların itkisinin böyük payı var.“The Standard”ın məlumatına görə, “zadəganlar”ın heyətində Pedro Neto da zədəli komanda yoldaşlarının sırasına qoşulub. Bu, komanda üçün yeni narahatlıq doğurur. Ümid olunur ki, portuqaliyalı futbolçunun problemi ciddi deyil və o, tezliklə yaşıl meydana qayıdacaq.Neto bu mövsüm qeyri-sabit çıxış etsə də, komanda daxilində mübarizə əzmi və fədakarlığı ilə seçilir. Əgər Neto “Qarabağ” matçında iştirak edə bilməsə də, baş məşqçi Mareskanın onun yerinə kifayət qədər alternativi var. Gənc braziliyalı Estevaonın bu görüşdə start heyətində meydana çıxacağı gözlənilir.Mareska mövsüm ərzində hər iki oyunçu arasında rotasiya tətbiq edib. “Tottenhem”lə görüşdə Neto oynamışdı, bu dəfə isə növbə Estevaoya çatır.Bir çox mütəxəssisə görə, cəmi 18 yaşı olan Estevao daha komanda yoldaşına nisbətən istedadlı görünür. Futbolçu bu performansı davam etdirərsə, yaxın gələcəkdə dünyanın ən yaxşı gənc futbolçularından birinə çevriləcəyi şübhəsizdir.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
www.bakupost.az

1Mənbələr