BAKI, 4 noyabr. TELEQRAF
MDB-yə üzv ölkələr SSRİ xalqlarının İkinci Dünya müharibəsində qələbəyə töhfələrindən bəhs edən “Qığılcım” adlı birgə serial çəkəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Səkkiz hissədən ibarət layihə əsgər və komandirlərin hekayələrindən bəhs edəcək. Süjet keçmiş Sovet İttifaqının bütün respublikalarının nümayəndələrinin yer aldığı diviziyanın döyüşünə əsaslanacaq.
Artıq icrasına başlanılan layihəyə tarixçilər də cəlb olunacaq.