AZ

“Xarakterim elədir ki, aqressivlik var”

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev öz aqressivliyindən danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sabah Çempionlar Liqasının əsas mərhələsində “Çelsi”yə qarşı keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında bildirib. 

“Xarakterim elədir ki, aqressivlik var. Çılğın görürəm. Hər zaman məşq edirəm ki, xarakterimə də təsir etsin. Özümü hazırlamağa çalışıram”, - futbolçu bildirib. 

“Sabah “Çelsi”nin sağ cinahında Estevao oynayacaq və o sizə qırmızı vərəqə aldırmağa çalışacaq. Buna hazırsınız?” sualına isə E.Cəfərquliyev belə cavab verib: “Bu cür oyunlarda temp yüksək olur. Rəqibin gücü bəllidir. Amma meydana qırmızı almağa yox, futbol oynamağa çıxıram”. 

Elsevər Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr