AZ

Elvin Cəfərquliyev: “Çelsi”nin güclü və zəif tərəflərini analiz etmişik

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Sabahkı oyunda daha səbirli olmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, matça yaxşı hazırlaşdıqlarını bildirib: “Sabahkı görüşdə emosialara qapılmamalı, yaxşı mübarizə aparmalıyıq. Bizim üçün önəmli oyundur. Rəqibin güclü və zəif tərəflərini analiz etmişik. Qarşılaşma ərzində tempi artırmağı bacarırlar. Bu cür oyunlarda hər zaman gərginlik olur”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azertag.az

2Mənbələr